COP29 I - Qazaxıstanın təbii ehtiyatlarının mühafizəsi üzrə Memorandum imzalanıb

   COP29 I    - Qazaxıstanın təbii ehtiyatlarının mühafizəsi üzrə Memorandum imzalanıb
  12 Noyabr 2024    Oxunub:655
Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Freedom Holding Corp” Bu ölkənin təbii sərvətlərinin mühafizəsi və davamlı idarə olunmasına dair Memorandum imzalayıblar.
Sənədin imzalanması mərasimi Bakıda, Qazaxstan milli pavilyonunda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu sessiyası (COP29) çərçivəsində baş tutub.

Memorandumu Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev və “Freedom Holding Corp”un baş icraçı direktoru Timur Turlov imzalayıblar.

Sənədə əsasən, tərəflər Qazaxıstanın təbii sərvətlərinin səmərəli idarə olunması üçün qabaqcıl texnologiyalar tətbiq edəcək, ekosistemlərin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşdırılması strategiyalarını işləyib hazırlayacaq və ekoloji əhəmiyyətli layihələri dəstəkləyəcək. Ölkənin bioloji ehtiyatlarının, o cümlədən flora və faunanın, meşə ekosistemlərinin mühafizəsi və bərpasına xüsusi diqqət yetiriləcək.

Əməkdaşlığın prioritet istiqaməti Turan pələnginin reintroduksiyası və onun təbii yaşayış mühitinin qorunması olacaq.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti