Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi müəyyənləşib

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi müəyyənləşib
  13 Noyabr 2024    Oxunub:552
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkədə Florida ştatından olan sərmayədar Stiven Uitkoffu Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin etdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Tramp Uitkoffu iştirakçısı olduğu hər bir layihəni uğurlu edən iş adamı kimi qiymətləndirib. Uitkoffun tərcümeyi-halında onun Yaxın Şərqdə iş təcrübəsi olmadığı və ilk növbədə ABŞ-də daşınmaz əmlak layihələrində çalışdığı bildirilir.

Floridalı sərmayədar əvvəllər Trampın andiçmə komitəsinin həmsədri olub və o, həmçinin dəfələrlə Trampın seçki kampaniyası üçün vəsait toplamaqla yanaşı, onu təşviqat mitinqlərində müşayiət edib.

Bundan başqa, Tramp Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabinin ABŞ-nin İsraildəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

“Çox hörmətli Arkanzas qubernatoru Mayk Hakabi ABŞ-nin İsraildəki səfiri vəzifəsinə namizəd göstərilib. Mayk Yaxın Şərqə sülh gətirmək üçün yorulmadan çalışacaq!”, - Donald Tramp öz Telegram-kanalında paylaşım edib.


Qeyd edək ki, ABŞ qanunvericiliyən görə, Hakabinin İsraildə səfir göndərilməsi üçün Konqresin üst palatası olan Senat onun namizədliyini təsdiqləməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   YaxınŞərq   İsrail  





Xəbər lenti