Yatsenyuk: `Rusiya cavab verəcək`
“Cavab vermək vaxtı çatıb. Beynəlxalq hüququn pozulması, hərbi təcavüz, Rusiyadan Ukrayana ərazisinə davamlı olaraq silah çatdırılması, Ukraynada dinc sakinləri öldürən yaraqlıların maliyyələşdilməsinə görə cavab vermək vaxtı çatıb” – deyə, Yatsenyuk bildirib.
Yatsenyuk vurğulayıb ki, Rusiyanın Avropa İttifaqını bölmək və onun ABŞ-la birgə hərəkət etməyə mane olmaq cəhdləri iflasa uğradı: “Bizim Qərb tərəfdaşlarımız, ABŞ və Aİ-yə üzv ölkələri prezidentlərinin birgə qərarı ABŞ və Aİ-nin birliyini, onların demokratiya ənənələrini sadiqliyini göstərdi”.
Eldar Tanrıverdiyev
Teqlər: