Marin Le Pen azadlıqdan məhrum edilə bilər

   Marin Le Pen azadlıqdan məhrum edilə bilər
  15 Noyabr 2024    Oxunub:614
Fransada “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Peni 5 ilə qədər həbs cəzası gözləyir. Paris prokurorluğunun iddiasına görə, xanım Le Pen və onun əməkdaşları Avropa Parlamentində (AP) saxta vəzifələrdə işləmək üçün adamlar cəlb ediblər.
AzVision.az xəbər verir ki, ittihamlarla razılaşmayan Marin Le Pen qanunu pozması barədə iddiaları rədd edir, özünə qarşı bütün ittihamları onun siyasi karyerasını və partiyasını məhv etmək cəhdi kimi qiymətləndirir.

“Ən kiçik pozuntuya, ən kiçik qanunsuz hərəkətə yol verdiyimi qətiyyən hiss etmirəm”, - parlamnetdəki müxalifətçi fraksiyanın lideri jurnalistlərə açıqlamasında deyib.

Le Pen və onun partiyasının fəaliyyəti ilə bağlı istintaq 10 ildən çoxdur ki, davam edir. İnsanların saxta vəzifələrdə işlərə cəlb olunması ilə bağlı proses isə bu il sentyabrın 30-da başlayıb.

- Avropa Parlamentində köməkçilərin qondarma işə götürülməsi yolu ilə 2004-2016-cı illərdə 3 milyon avrodan çox məbləğdə Avropa vəsaitlərini mənimsəmək üçün maliyyə sxemi yaradılıb. Partiya 21 min avronu mənimsəyib, Strasburq bu pulu AP-nin hər bir üzvünə köməkçilərinə ödəmək üçün aylıq ayırıb. Le Pen 2004-2017-ci illərdə bu qurumun üzvü olub”, - istintaq orqanları bildiriblər.

“Le Monde” qəzetinin yazdığına görə, Marin Le Pen haqqında hökm gələn ilin əvvəlində çıxarıla bilər. Həbsdən əlavə, siyasətçini 300 min avro məbləğində cərimə də gözləyir.

Qeyd edək ki, əksər ekspertlər Marin Le Penə qarşı təzyiqləri son parlament seçkilərində partiyası rüsvayçı məğlubiyyətə düçar olmuş Emmanuel Makronun “demokratiya”sının təzahürü kimi qiymətləndirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: LePen   həbs   "demokratiya"  





Xəbər lenti