İran XİN : Trampa qarşı sui-qəsd planlaşdırmırıq
WSJ qeyd edir ki, bu, Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün edilib.
Oktyabrın 14-də yayımlanan mesaj sentyabr ayında ABŞ-ın Tehrana göndərdiyi özəl yazılı xəbərdarlığa cavab olub.
Mənbələr bildiriblər ki, bu, administrasiyanın Trampa qarşı təhdidləri yüksək səviyyəli milli təhlükəsizlik məsələsi hesab etdiyi və onun həyatına hər hansı bir cəhdin müharibə aktı hesab ediləcəyi barədə ictimai mesajını əks etdirir.
Noyabrın 8-də ABŞ Ədliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın seçilmiş prezidentinə və digər Amerika vətəndaşlarına qarşı sui-qəsd hazırlamaqda ittiham edib.
İran Xarici İşlər Nazirliyi bu xəbəri əsassız adlandırıb.
AzVision.az
Teqlər: