Erməninstanın Müdafiə Nazirliyi: Kəlbəcərin yolları minalanacaq

Erməninstanın Müdafiə Nazirliyi: Kəlbəcərin yolları minalanacaq
  17 İyul 2014    Oxunub:1944
Məlum olduğu kimi azərbaycanlıların rahat-rahat Kəlbəcərə keçməsi Ermənistan hökumətini təşvişə salıb. Odur ki, baş nazir Ovik Abramyan təcili kabineti toplayaraq görüş keçirib. O. Abramyan Müdafiə naziri Seyran Ohanyandan məsələ ilə bağlı açıqlama verməsini tələb edib.

Ohanyan bildirib ki, hazırda Kəlbəcərdə yaşayan ermənilərlə iş aparılır. Ərziyə əlavə nəzarət-buraxılış postları qoyulub və həmin istiqamətlərə əlavə hərbi bölmələr göndərilib. Ön cəbhədə minalanma işləri aparılır.

“Kəlbəcərə gedən bütün mümkün yollar minalanacaq. Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür. Təmas xəttində xidmət rejimi gücləndirilib” - deyə Ohanyan hökumət üzvləri qarçısında məruzə edərkən bildirib.

Xatırladaq ki, iyulun 11-də 3 azərbaycanlı, Cəbrayıl sakini Həsən Həsənov, Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğma torpaqlarında ermənilər tərəfindən əsir götürülüb. Həsən Həsənov ermənilərlə qarşıdurma zamanı qətlə yetirilib. Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində isə tanınmamış Qarabağ respublikasının baş prokurorluğu cinayət işi qaldırılıb.

Erməniər tərəfindən diversant kimi qələmə verilən Şahbaz Quliyev sərhədi qanunsuz keçməkdə, Dilqəm Əsgərov isə bir erməni hərbçisini və iyulun 15-də dağlarda meyiti tapılan kənd sakinin ölümündə ittiham olunur.

Bununla yanaşı, Ermənistan tərəfi atışma zamanı erməni mayoru Sarkis Abraamyanın öldürüldüyünü və Karine Davtyan adlı qadının yaralandığını iddia edir.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti