Bu gün Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
![Bu gün Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək Bu gün Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək](https://azvision.az/photos/2024/11/1731734283.jpg)
Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
16 noyabr
V tur
18:00. Azərbaycan - Estoniya
Baş hakim: Con Biton (Şotlandiya).
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.
AzVision.az
Teqlər: