COP29 I COP29-da dünyanın daha təmiz gələcəyi ilə bağlı müzakirələr aparılıb

    COP29 I   COP29-da dünyanın daha təmiz gələcəyi ilə bağlı müzakirələr aparılıb
  16 Noyabr 2024    Oxunub:230
Noyabrın 16-da COP29 çərçivəsində Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə "Karbon tutulması: daha təmiz gələcək" mövzusunda müzakirələr keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən “ClearPath Vaşinqton”un baş direktoru Ceremi Harrell təmiz enerji və iqlim haqqında danışıb, ABŞ-ın iqlim tədbirlərinin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini verib, eyni zamanda, Azərbaycanın COP-a sədrliyini çox yüksək qiymətləndiriblər.

Tədbirdə, həmçinin enerji mənbələri, nüvə, elektrik avadanlıqlarının getdikcə daha mühüm rol oynayacağı barədə müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti