Donald Tusk : “Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq”

      Donald Tusk    :    “Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq”
  19 Noyabr 2024    Oxunub:1723
Polşanın baş naziri Donald Tusk hesab edir ki, qarşıdakı həftələr Ukraynadakı münaqişə və Qərbin gələcəyi üçün həlledici olacaq.
AzVision.az xəbər verir ki, bu barə o, “X”-də yazıb.

"Növbəti həftələr təkcə Ukraynadakı müharibə üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq" deyə o paylaşım edib.
Bundan əlavə, Polşa hökumətinin başçısı Qərb ölkələrini Rusiya rəhbərliyi ilə “telefon diplomatiyası” qurmağa cəhd etdiklərinə görə tənqid edib. “Bu danışıqlar Ukraynaya Qərbin real dəstəyini əvəz edə bilməz" fikrini ifadə etdi.

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə söhbət baş tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti