ÜHST: Azərbaycanda "quş qripi" xəstəliyi yoxdur

      ÜHST:    Azərbaycanda "quş qripi" xəstəliyi yoxdur
  18 Noyabr 2024    Oxunub:975
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək patogen "quş qripi" xəstəliyindən azadolma statusunu təsdiqləyib.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, beynəlxalq təşkilat AQTA-nın ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində gördüyü kompleks tədbirləri nəzərə alıb. Artıq Azərbaycanla bağlı məlumatlar ÜHST-nin rəsmi internet səhifəsində yayımlanıb.

Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur.

AzVision.az



Teqlər:





Xəbər lenti