Beynəlxalq Muzeylər Şurasının rəsmiləri Milli İncəsənət Muzeyində

Beynəlxalq Muzeylər Şurasının rəsmiləri Milli İncəsənət Muzeyində
  18 Noyabr 2024    Oxunub:1241
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner və şuranın Kommunikasiya şöbəsinin rəhbəri Kristian Soberq Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.
Qonaqları qarşılayan muzeyin direktoru Şirin Məlikova onlara ölkəmizin bu aparıcı mədəniyyət ocağının tarixi, yerləşdiyi tarixi binalar, milli və dünya incəsənətini əhatə edən zəngin kolleksiyası, müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş mədəni və təhsil proqramları, digər fəaliyyət sahələri haqqında geniş məlumat verib, eləcə də AMİM-in hər il ICOM-un irəli sürdüyü devizlər istiqamətində müxtəlif layihələrlə aktiv iştirak etdiyini nəzərə çatdırıb.

ICOM mənsubları muzeyin Azərbaycan və dünya sənət incilərindən ibarət daimi ekspozisiyası, COP29 çərçivəsində açılmış "Səttar Bəhlulzadə- təbiətin ecazkar nağılı", "Vəcihə Səmədova 100- sənətkar ömrünün səhifələri", Əməkdar rəssam Məmməd Mustafayevin "Gizli və aşkar"sərgiləri ilə yaxından tanış olaraq xoş duyğularını ifadə ediblər və öz təəssüratlarını xatirə kitabına yazıblar.

Ziyarət zamanı, həmçinin Beynəlxalq Muzeylər Şurası ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında gələcək əməkdaşlıq məsələləri, şuranın fəaliyyətində fəal iştiraka dair digər məsələlər müzakirə olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti