Xəzərdə batan üç nəfər xilas edildi

Xəzərdə batan üç nəfər xilas edildi
  18 İyul 2014    Oxunub:1038
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonu, "Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş digər məlumata əsasən, Sumqayıt şəhəri, "Corat" sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti