ISW qışda Ukraynada müharibənin gedişatını proqnozlaşdırıb

ISW qışda Ukraynada müharibənin gedişatını proqnozlaşdırıb
  18 Noyabr 2024    Oxunub:626
Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri hesab edirlər ki, Rusiya qoşunları qarşıdan gələn qışda Ukraynanın cəbhə xəttində yerləşən şəhərlərini ələ keçirməyə və şəhər döyüşlərinə diqqət yetirəcək. Ukrayna pilotsuz təyyarələrinin üstünlüklərini zərərsizləşdirməyə və rus zirehli texnikasının məhdudiyyətlərini cilalamağa çalışacaq.
AzVision.az xəbər verir ki, ISW öz hesabatında “RTVI” rusdilli diaspora kanalına məşhur teleqram-kanalın yaradıcısı və direktoru Mixail Zvinçukun bəyanatına istinad edir.

“Rusiya qüvvələri 2024-2025-ci illərin qışında döyüşləri açıq sahələrdə deyil, məskunlaşan ərazilərdə cəmləşdirməyə çalışacaq. Rusiyanın bu qış hücuma üstünlük verəcəyi şəhərlərə misal kimi Toretsk, Pokrovsk və Kuraxovanı göstərmək olar. Rus qoşunları Pokrovsk uğrunda döyüşə başlamağa hazırlaşır və Pokrovska cənubdan və cənub-şərqdən yaxınlaşacaq”, - ISW Mixail Zvinçukdan sitat gətirir.

ISW-nin analitikləri vurğulayırlar ki, Zvinçuk Rusiya informasiya məkanında tanınmış simadır. Kremllə əlaqələrə malik Zvinçuk Rusiyanın cəbhədəki məqsədləri və kampaniya planı haqqında daxili məlumata malik ola bilər.

- Rusiya qoşunları bu yaxınlarda Kupyanskın şərqinə və Çasov Yarın mərkəzinə doğru irəliləyiblər və bu cür irəliləyişlər 2024-2025-ci illərin qışında hücum əməliyyatlarına hazırlıq məqsədilə cəbhəyanı şəhərlərə irəliləmək üçün birgə səylərin bir hissəsi ola bilər”, - hesabatdabildirilir.

ISW əvvəllər Kupyansk və ya Chasov Yarın ələ keçirilməsinin cəbhənin həndəsəsinə əhəmiyyətli operativ təsir göstərəcəyini və müvafiq istiqamətlər üzrə Ukraynanın əsas müdafiə mövqelərini təhdid edəcəyini, habelə Rusiyanın bu şəhərlərə doğru son irəliləyişinin Ukrayna müdafiəsini daha böyük, lakin bilavasitə risk altına alacağını yazmışdı.
Zvinçuk, həmçinin Rusiya qüvvələrinin qışda döyüş imkanlarını, xüsusən də “dron müharibəsi”nin əhəmiyyətinə görə Rusiya PUA-larının imkanlarını artırmağa çalışacağını da iddia edib.

"Rusiya qoşunları Ukrayna qoşunları üzərində artilleriya üstünlüyünə malikdir, lakin indiyə qədər rus qoşunları Ukrayna pilotsuz təyyarələri səbəbindən irəliləyə bilməyib. Daha yaxşı təlim keçmiş və təchiz edilmiş qoşunlar Ukraynanın PUA operatorlarına qarşı daha effektiv mübarizə apara bilər”, - Zvinçuk öz ehtimalını bölüşüb.

ISW-nin bu yaxınlarda açıqladığı qiymətləndirməyə əsasən, Ukrayna PUA-ları Rusiyanın mexanikləşdirilmiş manevrlərinin qarşısını almaqda və onların Ukraynanın canlı qüvvəsi və logistika məhdudiyyətlərindən tam istifadəsinin qarşısını almaqda mühüm rol oynamaqda davam edir.

Rusiya hərbi komandanlığı şəhər döyüşlərini indiki rus piyada müharibəsi üslubundan daha üstün olduğunu düşündüyü istisna deyil. Çünki çoxmərtəbəli binalar rus piyadalrının Ukrayna PUA-larından təhlükəsizliyini açıq ərazidə ağaclardan daha yaxşı təmin edə bilər. Eyni zamanda, kənd yerləri və əhalinin məskunlaşdığı ərazilərlə irəliləyişin Rusiya zirehli texnikası və ehtiyatlarına qoyulan artan xərclərin qarşısını almaq üçün də şəhər döyüşlərinə üstünlük verilməsi mümkündür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   müharibə   qış  





Xəbər lenti