Rusiya-Ukrayna müharibəsi yenidən alovlana bilərmi? - ŞƏRH

   Rusiya-Ukrayna müharibəsi yenidən alovlana bilərmi? -    ŞƏRH
  18 Noyabr 2024    Oxunub:202
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə "ATACMS" tipli uzaqmənzilli raketlərlə zərbə endirilməsinə icazə verib. Bu addım Ukrayna ordusunun Rusiyanın Kursk vilayəti ərazisindəki mövqelərini müdafiə hüququ ilə əsaslandırılıb.
Bundan əlavə Amerikanın “Axios” portalı bildirib ki, Baydenin qərarı ilə bağlı məlumat təxminən üç gün əvvəl Ukraynaya ötürülüb.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi geniş miqyası ala bilərmi?

Mövzu ilə bağlı AzVision.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Bayden postunu təhvil verdiyi ərəfədə müharibəni daha da alovlandırmaq, hətta daha geniş miqyası əhatə edəcək və uzun müddət davam edəcək bir münaqişənin baş verməsinə çalışır:

"Bayden Donald Trampa son “pisliyini” etdi"
"Onun üçün bütün addımlar buna hesablanıb. Gəzən şayiələrdən biri də odur ki, yaxın zamanlarda Amerikada Tramp hakimiyyətə gələnə qədər böyük həcmdə silah və hərbi texnika Ukraynaya ötürüləcək. Demokratlar hakimiyyətdən gedənə yaxın özlərindən sonra bu münaqişəyə elə bir mina yerləşdirmək istəyirlər ki, bu, Donald Trampın hakimiyyətinin qısamüddətli olmasına gətirib çıxara bilər. Bu, müharibəni davamlı olub Trampdan sonra demokratların yenidən hakimiyyətə gəlməsi ilə Rusiyanın tamamilə çökdürülməsinə xidmət edən bir siyasətdir.

Kursk vilayətində bu silahlardan istifadə olunacaqsa, bu, birbaşa Rusiyanın daha böyük miqyaslı müharibəyə keçidinə şərait yarada bilər. Bu baxımdan düşünürəm ki, indiki halda Co Bayden administrasiyasının imkanlarının bu yöndə istifadə etməsi müharibənin uzadılmasına, münaqişənin daha geniş miqyas almasına hesablanıb".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   Ukrayna   müharibə  





Xəbər lenti