İran Rusiyanın HHM sistemlərindən imtina edib

   İran Rusiyanın HHM sistemlərindən imtina edib
  18 Noyabr 2024    Oxunub:276
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi Tehranın Rusiyanın S-400 zenit-raket sistemlərinə ehtiyacı olmadığını bildirib.
AzVision.az SEPAH-ın Aerokosmik qüvvələrinin əməliyyatlar üzrə müavini Davud Şeyxian İranın Rusiyadan S-400 sistemi istəmədiyini açıqalyıb.

“Bizim hazırkı sistemlərimiz S-400-dən qat-qat böyük imkanlara malikdir. İran Rusiya istehsalı olan S-300 sistemlərindən fəal şəkildə istifadə edir və S-400-ə ehtiyac görmür”, - Davud Şeyxian dövlət KİV-lərində yayımlanan video-müsahibədə deyib.

Avqustun əvvəlində “The New York Times” qəzeyi İsraillə müharibədən ehtiyat edən İran rəhbərliyinin Moskvadan qabaqcıl hava hücumundan müdafiə (HHM) sistemləri (Rusiyanın istehsal etdiyi ən müasir HHM sistemi olan S-400 Triumf kompleksləri nəzərdə tutula bilər) istədiyini yazmışdı.

Biri SEPAH üzvü olan hərbi planlaşdırma ilə tanış iki iranlı rəsmi qəzetə bildiriblər ki, bu tələb Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı edilib.

- İsrail oktyabrın 1-də İranın raket hücumuna cavab verəcəyini vəd edəndə İran mediası Rusiyanın Tehrana ən azı bir eskadrilya Su-35 qırıcı təyyarəsi və qeyri-müəyyən sayda S-400 sistemləri verdiyi barədə təsdiqlənməmiş məlumatlar dərc etməyə başladı”, - “Euronews” telekanalı vurğulayıb.

Lakin İranın HHM sistemi İsrailin oktyabrın 26-na keçən gecə F-35 gizli qırıcıları da daxil olmaqla 100-ə yaxın təyyarənin həyata keçirdiyi hücuma qarşı duruş gətirə bilmədi. Həmin hücum zamanı İsrail bu il Rusiya ordusuna verilməyə başlayan İranınb ballistik raketləri üçün yanacaq istehsal edən 12 obyekti sıradan çıxardı, həmçinin ilin əvvəlindən nüvə silahı araşdırmaları aparan gizli mərkəzi məhv etdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İran   Rusiya   HHM   imtina  





Xəbər lenti