İşğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyası keçirilib

İşğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyası keçirilib
  18 Noyabr 2024    Oxunub:643
Azərbaycan Respublikasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı işlərə töhfə vermək məqsədilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər davam etdirilir.
Qarabağda 30 illik işğal dönəmində ermənilər tərəfindən törədilən ekoloji terror nəticəsində qədim tarixə malik nadir və yaşı bilinməyən müxtəlif növ ağaclarla zəngin meşə sahələri talan olunmuş, minlərlə qiymətli ağac kəsilərək məhv edilib.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri nəticəsində ermənilərin ekoloji sistemə vurduğu ziyan aradan qaldırılır, Qarabağ yenidən öz yaşıl keçmişinə qayıdır.



Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən işğaldan azad edilmiş Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində 5000 ədəd Eldar şamı, sərv, zeytun və çinar ağacları əkilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti