"Polis etirazçıların aksiyasını yatırmağa və bağlanan yolu "təmizləməyə" çalışır. Aksiyada gözyaşardıcı qazdan istifadə olunur. Nümayişçilər isə müqavimət göstərirlər, hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə daşlar atırlar. Artıq bir neçə nəfər saxlanılıb", - nəşr yazıb.
Hazırda polis Melikişvili prospektinə tam şəkildə nəzarət edir. Vəziyyət stabildir: "Amma ərazidə bəzi etirazçılar qalıblar ki, onlar dağılışmayacaqlarını deyirlər".
Tural Tağıyev
AzVision.az