Sallivan: “ABŞ Ukraynadakı müharibədə iştirak etmir”

      Sallivan:    “ABŞ Ukraynadakı müharibədə iştirak etmir”
  19 Noyabr 2024    Oxunub:227
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan PBS telekanalına müsahibəsində Vaşinqtonun öz silahlarından Ukraynaya istifadə etməsinə icazə verməklə birbaşa münaqişəyə qatıldığı barədə iddiaları əsassız sayıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi, əgər qəbul edilibsə və Kiyev rejiminin diqqətinə çatdırılıbsa, bu, ABŞ-nin münaqişədə iştirakı baxımından gərginliyin yeni mərhələsi və keyfiyyətcə yeni vəziyyət deməkdir.

“Əgər ABŞ hər hansı silah sistemindən, o cümlədən bu sistemin (ATACMS - red. ) istifadəsinə icazə versəydi, bu, ABŞ-nin müharibədə birbaşa iştirakı demək olmazdı”, - Vaşinqton Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın dili ilə Moskvanın mövqeyini inkar edib.

Sallivanın sözlərinə görə, Kiyevə Amerika silahlarından istifadə etməyə icazə verilməsi Vaşinqtonun münaqişənin başlanğıcından bəri apardığı siyasətin davamıdır.

ABŞ Kiyevə Rusiya ərazilərinə zərbə endrimək üçün nə vaxt icazə verib? - VİDEO
Xatırladaq ki, bundan əvvəl “New York Times (NYT)” qəzeti Amerika administrasiyasının adının açıqlanmayan nümayəndələrinə istinadən ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etməyə icazə verdiyini yazıb. Mənbələrin məlumatına görə, Rusiya ərazisinin dərinliklərinə ilk zərbələr böyük ehtimalla ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Sallivan   Ukrayna   müharibə  





Xəbər lenti