İsrailə növbəti zərbəni UEFA vurdu
UEFA, həmçinin Rusiya ilə yaşanan böhranla əlaqədar Ukrayna klublarının avrokuboklarda oynayacağı matçlar barədə də qərar verib. Qurum oyunların Kiyev və Lvovda keçirilməsi qərarını dəyişərək matçların daha 2 şəhərdə - Dnepropetrovsk və Odessa şəhərlərində də keçirilməsinə qərar verib.
Bundan əlavə Rusiya və Ukrayna Futbol Federasiyalarının tələbi əsasında bu ölkələrin klublarının bir-biri ilə qarşılaşmasına məhdudiyyət qoyub. Bu məhdudiyyət hər 2 federasiyanın razılığı əsasında ortadan götürülə bilər.
UEFA ayrıca Klub Təşkilatları Məclisinin bu mövsümdən etibarən Çempionlar Liqası və Avropa Liqası qruplarında verilən sarı kartların dörddəbir finalda silinməsi ilə bağlı təklifini rədd edib.ans