Tramp senatorlara təzyiq edir

   Tramp senatorlara təzyiq edir
  19 Noyabr 2024    Oxunub:617
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp keçmiş respublikaçı konqresmen Mett Getsi Ədliyyə Departamentinin rəhbəri və baş prokuror kimi təsdiqləmək üçün şəxsən senatorlara zəng edərək onlara təzyiq göstərməyə çalışır.
AzVision.az Amerikanın “Axios” portalına istinadən xəbər verir ki, Şimali Dakotadan olan konqresmen Kevin Kramer və adı açıqlanmayan başqa bir senator nəşrə bu barədə danışıblar.

“O, Mett Getsin Ədliyyə Departamentində qorxmaz və lazım olanı etmək üçün kifayət qədər qəzəbli yeganə şəxs olduğunu düşünür. Tramp öz siyasi kapitalını Getsi tanıtmaq üçün yatırır və o, olduqca qətiyyətlidir”, - senator Kramer bildirib.

Tramp Senatdakı respublikaçılara Ədliyyə naziri postunda məhz ötən həftə namizədliyini irəli sürdüyü Getsi görmək istəməsi ilə bağlı “aydın siqnallar” göndərir.

- Gets mübahisəli namizəddir və demokratların onu dəstəkləyəcəyi ehtimalı azdır. O, cinsi istismar məqsədi ilə insan alveri barədə aparılan işin iştirakçısı olub”, - qəzet yazıb.

Nümayəndələr Palatasının Etika Komitəsi 2021-ci ildən bəri Getsə qarşı 17 yaşlı bir qıza qarşı cinsi təcavüz və “yaraşmayan hədiyyələr” qəbul etməsi, habelə narkotik istifadəsi iddialarını araşdırır. Tramp onun namizədliyini irəli sürdükdən sonra konqresmen Ədliyyə nazirliyinə rəhbərlik etmək üçün Nümayəndələr Palatasından gedən kimi istintaqın başa çatacağını bildirib. Gets, ümumiyyətlə, ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Hazırda Konqresin aşağı palatasının müvafiq komitəsi araşdırma hesabatının dərc edilib-edilməməsi ilə bağlı müzakirələr aparır və spiker Mayk Conson bunun əleyhinədir. Bir neçə konqresmen “Axios” portalına bildiriblər ki, sənəd rəsmi olaraq yayımlanmasa belə, ondan çıxarışlar yenə də KİV-lərə düşəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   senatorlar   təzyiq  





Xəbər lenti