Ermənistan prezidenti iki naziri vəzifədən uzaqlaşdırdı

Ermənistan prezidenti iki naziri vəzifədən uzaqlaşdırdı
  19 Noyabr 2024    Oxunub:687
Ermənistan prezidenti Vaaqn Xaçaturyan yeni sərəncam imzalayıb.
Yerli medianın yaydığı məlumata görə, o, iki naziri vəzifədən azad edib.

Paşinyan nazirləri “WhatsApp” vasitəsilə işdən çıxarıb - "Hraparak"
"Sərəncamlara əsasən, Ermənistanın Daxili İşlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk ediblər", - Sputnik Armeniya yazıb.

Həmçinin hökumətin qərarı ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, Dövlət Gəlirləri Komitəsinin və İstintaq Komitəsinin sədrləri Rüstəm Badasyan ilə Arqişti Kərəmyan tutduqları vəzifələrdən azad ediliblər.

Xatırladaq ki, noyabrın 17-də yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub. Daha sonra isə digər məmurlar da istefa verdiklərini təsdiqləyiblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti