Zaxarova: "Makron G20 sammitində “iki stul siyasəti” nümayiş etdirdi"

      Zaxarova:    "Makron G20 sammitində “iki stul siyasəti” nümayiş etdirdi"
  20 Noyabr 2024    Oxunub:665
Fransa prezidenti Emmanuel Makronun G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əl sıxmaq istəyi “iki stul siyasətinin” təzahürüdür.
Bunu Sputnik Radio-nun efirində Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Sergey Lavrov bu vəziyyətdə “əsl diplomat kimi” davranıb. Zaxarova həmçinin Emmanuel Makronun sürətli davranışını şəxsən gördüyünü söyləyib. Ertəsi gün isə fransız əsilli bir nəfər Zaxarovadan dövlət başçısının niyə bu cür davrandığını soruşub: "Bu necə mümkündür? Fransa prezidenti bunu niyə və hansı səbəbdən edir? Hər gün Rusiya haqqında haqqında iyrənc sözlər söyləyir, dəhşətli qərarlar verir və dəhşətli qərarları dəstəkləyir. Sonra da birdən XİN rəhbərinin əlini belə sıxır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Makron  





Xəbər lenti