Ukraynada dəhşətli faciə: 300 nəfər həlak oldu - Fotolar

Ukraynada dəhşətli faciə: 300 nəfər həlak oldu - Fotolar
  18 İyul 2014    Oxunub:905
Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak Donetsk ərazisində vurulan Boinq-777 sərnişin təyyarəsinin partlaması nəticəsində 300-dən çox insanın həlak olduğu bildirib.
Zoryan Şkiryak bu barədə Facebook səhifəsində yazıb.

"300-dən çox günahsız insan həlak oldu. ABŞ-ın 23 həlak olmuş vətəndaşı haqqında məlumatlar var", - deyə o qeyd edib.

Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən "Malayziya hava yolları" şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində 285 sərnişin və 15 ekipaj üzvü olub.

Qeyd edək ki, təyyarə Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirirmiş.


***

Ukraynada qəzaya düşən sərnişin təyyarəsi "Buk" kompleksi ilə vurulub.

Bu haqda informasiyanı Ukrayna daxili işlər nazirinin məsləhətcisi Anton Qeraşenko Facebook səhifəsində yazıb.

Onun sözlərinə gorə, Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində, Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi yaxınlığında "Buk" zenit raket kompleksi ilə vurulub.

Qəza zamanı 280 sərnişin və 15 ekipaj üzvünün öldüyü bildirilir.

Qeyd edək ki, təyyarənin qəzaya düşməsini Malayziya hava limanının rəsmisi Böyük Britaniyanın Sky News telekanalına müsahibəsi zamanı təsdiq edib.

Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda "Donetsk Xalq Respublikası" tərəfindən idarə edilir(ans)

Qalereya




Teqlər:  





Xəbər lenti