Baydenin xüsusi müşaviri Netanyahu ilə görüşəcək |
Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra bölgədə vəziyyət gərginləşib. Yaraqlılar sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürüb bir qismini isə girov götürüblər. Məlum hücumdan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşdi, İsrail Qəzzanı tam blokadaya aldığını elan etdi. Bununla paralel olaraq TSAXAL bölgədə genişmiqyaslı hərbi əməliyyatlara başladı.
Bu ilin sentyabrın 23-də isə İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar zamanı Livandakı hərbi obyektlərə irimiqyaslı hava zərbələri endirilib. Həmçinin, sentyabrın 30-da İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını elan edib.
Tural Tağıyev
AzVision.az