XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
  20 Noyabr 2024    Oxunub:640
Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb: "Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub", - paylaşımda bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti