Heydər Əliyev Beynəlxalq Hava Limanı "ACI Sertifikatı" aldı

Heydər Əliyev Beynəlxalq Hava Limanı "ACI Sertifikatı" aldı
  20 Noyabr 2024    Oxunub:571
Heydər Əliyev Beynəlxalq Hava Limanına karbon qazı emissiyalarının azaldılmasında əldə etdiyi irəliləyişə görə “Carbon Accreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə “Azaltma” (Reduction) sertifikatı təqdim edilib.
xəbər verir ki, bu barədə “ACI EUROPE”un baş direktoru Oliver Yankovets COP29 çərçivəsində keçirilən "Hava limanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.

AzVision.az xəbər verir ki, "Heydər Əliyev Beynəlxalq Hava Limanı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən təsis edilmiş “Airport Carbon Accreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə (Level 2: Reduction) sertifikatını əldə edib. Bu sertifikat hava limanının son üç illə müqayisədə karbon qazı emissiyalarını uğurla azaltdığını və davamlı inkişafa, həmçinin, iqlimə təsirin minimuma endirilməsinə sadiqliyini təsdiq edir", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək

AzVision.az



Teqlər:





Xəbər lenti