ABŞ Rusiya ilə potensial nüvə müharibəsinə münasibət bildirib

   ABŞ Rusiya ilə potensial    nüvə müharibəsinə    münasibət bildirib
  21 Noyabr 2024    Oxunub:280
Birləşmiş Ştatlar potensial düşmənləri indən sonra da çəkindirmək üçün Vaşinqtonun arsenalının bir hissəsini saxlayacağı nüvə mübadiləsini mümkün sayır.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə nazirliyinin Strateji komandanlığının təmsilçisi kontr-admiral Tomas Byukenen belə deyib.

“Qeyri-nüvə və nüvə silahları haqqında danışarkən, əlbəttə ki, zərbələr mübadiləsi etmək istəməzdik, elə deyilmi? Düşünürəm hər kəs razılaşar ki, əgər mübadilə etməli olsaq, bunu ABŞ üçün ən məqbul olan şərtlərlə etmək istəyirik”, - Byukenen Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışı zamanı nüvə silahının istifadəsi ehtimalını şərh edərkən bildirib.

Strateji Komandanlığın sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar nüvə mübadiləsinin ardınca yarnacaq mühidə düşmək istəməzdi. Byukenin sözlərinə görə, o, ABŞ-nin “dünya liderliyini davam etməsi” şərtlərini ən məqbul şərtlər hesab edir ki, bu da strateji silah ehtiyatını saxlamaq deməkdir.

“Bizim ehtiyat gücümüz olmalıdır, siz bütün qələbə qazanmaq üçün bütün resurslarınızı sərf etməyəcəksiniz, elə deyilmi? Çünku o zaman qarşı tərəfi çəkindirmək üçün heç nəyiniz qalmayacaq”, - kontr-admiral vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   nüvəmüharibəsi  





Xəbər lenti