Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışı qadağan edildi

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışı qadağan edildi
  21 Noyabr 2024    Oxunub:547
Avstraliyada 16 yaşdan kiçik yeniyetmə və uşaqların sosial şəbəkələrə çıxışını qadağan edən qanun qəbul edilib.
Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Avstraliyanın baş naziri Entoni Albaneze məlumat yayıb.
Hökumət başçısının sözlərinə görə, yeni qanun sosial media istifadəçiləri üçün minimum yaş həddi təyin etdiyi üçün dünya miqyasında əsas nümunə olub.

"Sənəd internetin təhlükəsizliyi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edir və o, gənc avstraliyalıların inkişafının kritik dövrlərində daha yaxşı qorumaq məqsədi daşıyır",- Albaneze deyib.

Qanun texnologiya şirkətlərini və sosial şəbəkə administrasiyalarını 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatdan keçməsinin qarşısını almaq üçün tədbirlər görməyə məcbur edir. Sənəddə qeyd olunan yeni tələblərin pozulması şirkətlərə baha başa gələ bilər. Məsələn, rəqəmsal platformalar üçün cərimələr 49,5 milyon Avstraliya dollarında (32 milyon dollardan çox) qiymətləndirilə bilər.
Snapchat, TikTok, Instagram və X (keçmiş Twitter) kimi populyar platformalar da bu ölkədə yeni qaydalarla işləyəcəklər. İstisnalar uşaqlar üçün əlçatan olan Google Classroom, YouTube, ani mesajlaşma proqramları və onlayn oyunlara adi olacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər: Avstraliya  





Xəbər lenti