Ermənistan Hindistanla daha 78 artilleriya qurğusu almağa dair danışıqlar aparır

   Ermənistan Hindistanla daha 78 artilleriya qurğusu almağa dair danışıqlar aparır
  21 Noyabr 2024    Oxunub:584
Ermənistan 78 ədəd "ATAGS" artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır.
AzVision.az xəbər verir ki, bu barədə Indian Defense Research Wing (IDRW) məlumat yayıb.

Ermənistan bölgədə yeni müharibə riskini artırır
“Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif ərazilərində müstəsna imkanlar nümayiş etdirən 60 "ATAGS" sistemlərinin uğurlu fəaliyyətinin nəticəsidir. 6 haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib.

Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı ilə təsdiqlənib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib.

Ermənistan Müdafiə Nazirliyi "ATAGS"ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq sistemə daxil edilmiş diqqətəlayiq xüsusiyyətlər arasında əməliyyatı asanlaşdıran erməni dilində interfeys də var",- deyə bildirilib.

Qeyd edək ki, Ermənistanda yerləşdirilən "ATAGS" sistemləri yerli dildə interfeysə malik ballistik kompüterlərlə təchiz olunub. Bu quraşdırma erməni artilleriya ekipajlarının işini asanlaşdırır, təlim vaxtını və xəta ehtimalını azaldır.


Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ermənistan   Hindistan  





Xəbər lenti