XİN: "Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər görülür" |
Xatırladaq ki, amerikalı diplomat noyabrın 12-də X sosial şəbəkəsində diqqət çəkən paylaşım etmişdi. O, yazıb ki, "Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir".
Noyabrın 13-də isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında Ermənistanın ekosidindən söz açmışdı. O qeyd edib ki, Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur: "Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”.
Tural Tağıyev
AzVision.az