Rusiya Dnepri qitələrarası ballistik raketlə vurdu - VİDEO

   Rusiya Dnepri qitələrarası ballistik raketlə vurdu  - VİDEO
  21 Noyabr 2024    Oxunub:1229
Noyabrın 21-də səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

ABŞ Rusiyaya “Storm Shadow” atılmasına icazə verib - "Times"
Həmçinin qeyd edilib ki, Rusiya Federasiyasının Tambov vilayəti üzərində MiQ-31K qırıcısından buraxılan X-47M2 "Kinjal" aeroballistik raketi, Tu-95MS strateji bombardmançılarından Volqoqraddan atılmış yeddi X-101 qanadlı raketi Dneprə uçub.
Məlumata görə, hücumların əsas hədəfi kritik infrastrukturlar olub.

"Hava döyüşü nəticəsində Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri altı ədəd X-101 raketini məhv edib. Digər raketlər əhəmiyyətli nəticələr verməyib. Hələlik ölən və yaralananlar barədə məlumat daxil olmayıb",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Dnepr   Ballistik-Raket  





Xəbər lenti