Rusiya ABŞ-nin Polşadakı bazasını vura biləcəyi ilə hədələyib

   Rusiya ABŞ-nin Polşadakı bazasını vura biləcəyi ilə hədələyib
  21 Noyabr 2024    Oxunub:596
Amerikanın Polşada raketdən müdafiə bazasının açılması nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır və bu, Vaşinqtonun təxribatçı addımıdır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktoru Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə belə deyib.

“Bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır. Bu addım NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması kimi uzunmüddətli dağıdıcı təcrübəyə uyğundur.

Bu, obyektiv olaraq strateji sabitliyin pozulmasına gətirib çıxarır və hərbi-siyasi, hərbi-texniki xarakterli digər zərərli tədbirlərlə yanaşı, Rusiyaya və bəzi digər nüvə güclərinə sərt təzyiq göstərmək üçün Amerika gücünü ABŞ-nin milli ərazisindən minlərlə kilometr kənara çıxarmaq məqsədi daşıyır. Belə siyasət təbii ki, strateji risklərin artmasına və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır”,
- Mariya Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiyaya qarşı yaranan təhdidlərə tam məhəl qoymadan, demək olar ki, on ilə yaxın davam edən Amerika-NATO uzunmüddətli əməkdaşlığı bütün bu dövrdə, ilk növbədə, əvvəlcədən kompensasiya əks-tədbirlərinin hazırlanması baxımından Rusiyanın ən çox diqqət mərkəzində olan amildir.

- Qərbin bu növ hərbi qurğularından yaranan təhlükə səviyyəsinin xarakterini nəzərə alaraq, Polşadakı raketdən müdafiə bazası çoxdan məhv üçün potensial prioritet hədəflər siyahısına əlavə edilib ki, bu da lazım gələrsə, geniş spektrli ən son silahlarla silahlarla təmin oluna bilər”, - rusiyalı diplomat hədələyib.

NATO qüvvələrinin Ukraynada görünməsi isə bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi demək olacaq. Bu kontekstdə Mariya Zaxarova Estoniyanın Xarici İşlər naziri Marqus Tsahknanın Avropa ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatından təəccübləndiyini gizlətməyib: “Başa düşmürəm, onlar necə anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində peyda olması alyansın ölkəmizə qarşı müharibəyə girməsi demək olacaq. Biz bu barədə onlara artıq bir neçə dəfə demişik. Ççünki bu, təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxarır”.

Mariya Zaxarova bu bəyanatla Estoniyanın Xarici İşlər nazirini alyansın qalan üzvlərini uğursuzluğa məhkum olan macəraya qatılmağa təhrik etməkdə günahlandırıb.

- Mən görürəm ki, indi həmin NATO ölkələri Ukrayna vətəndaşlarının cəsədləri hesabına gərginliyi dəstəkləyirlər. Bax bu işdə onlar ustalaşıblar. Estoniya və faktiki olaraq digər Baltikyanı rejimlər Şimali Atlantika blokunun radikal qanadına aiddir və daima ölkəmizlə bağlı aqressiv, təxribat xarakterli, döyüşkən bəyanatlarla, yeri gəlmişkən, bu cür açıq millətçilik çalarları ilə seçilirlər”, - Rusiya Xarici İşlər nazirliyinin rəsmisi bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zaxarova   ABŞ   NATO  





Xəbər lenti