Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib

   Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib
  21 Noyabr 2024    Oxunub:248
Norveçin vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Höybi bir həftə istintaq təcridxanasında qalacaq.
AzVision.az xəbər verir ki, barəsində Oslo məhkəməsinin həbs cəzası qərarı çıxardığı Marius Borq Höybi seksual xarakterli qanun pozuntusunda ittiham olunur.

Almaniyanın “ZDF” telekanalı Oslo polis prokuroru Andreas Kruşevskiyə istinadən bildirib ki, bu, Marius Borq Höybi ilə bağlı ikinci belə insidentdir. Hər iki iş “müqavimət göstərə bilməyən qadına qarşı cinsi hərəkətlər” lə bağlıdır. Norveç polisinin saytı hazırkı iş üzrə istintaqın noyabrın 6-da prokurorluq tərəfindən açıldığını yazıb.

Noyabrın 19-na keçən gecə Oslo ətrafında avtomobildə saxlanılan Höybinin iqamətgahında axtarış aparılıb. “NRK” releradio kanalına verdiyi şərhdə Höybinin vəkili müvəkkilinin günahsız olduğunu və prokurorun vəziyyəti “fəlakətli dərəcədə yanlış qiymətləndirdiyini” iddia edib.

“Ötən aylarda Norveçin vəliəhd şahzadəsinin oğluna qarşı başqa ittihamlar da irəli sürülüb - xüsusən də keçmiş sevgililərinə bədən xəsarəti yetirmək və əmlaka ziyan vurmaq kimi ittihamlar”, - jurnalsitlər vurğulayıblar.

Qeyd edək ki, Marius Borq Höybi Norveçin vəliəhd şahzadəsi Mette-Maritin əvəvlki cinsi partnyoru ilə əlaqəsindən anadan olub. Xanım Mette-Maritin Norveçin vəliəhd şahzadəsi Haakondan daha iki övladı var - vəliəhd şahzadə İnqrid Aleksandra və şahzadə Sverre Maqnus. Höybi kral ailəsinə aid olsa da, şahzadə tituluna malik deyil və kral evinin rəsmi üzvü sayılmır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Norveç   vəliəhd-şahzadə   həbs  





Xəbər lenti