Peskov: "Qərb nüvə müharibəsinə zəmin yaratmamalıdır"

      Peskov:    "Qərb nüvə müharibəsinə zəmin yaratmamalıdır"
  21 Noyabr 2024    Oxunub:695
"Rusiya nüvə müharibəsindən yayınmağa çalışdığı kimi Qərb də təxribat xarakterli hərəkətləri qarşısını almaqda məsuliyyət daşıyır".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "Rusiya bu, ya digər nüvə münaqişəsindən qaçınmaqdan ötrü maksimum səy göstərir".

"Bu, nüvə doktrinamız kontekstində də öz əksini tapır. Digər dövlətlər də eyni dərəcədə məsuliyyətli mövqe tutmalı, təxribat xarakterli hərəkətlərə yol verməməlidir", - o bildirib.
ISW: “Ukraynanın zərbələri Kremlin mövqeyinə təsir göstərəcək” - VİDEO

Xatırladaq ki, Vaşinqtonun icazəsinin ardınca Ukrayna bu həftə ilk dəfə Rusiyanın daxilinə ABŞ və Britaniya istehsalı uzunmənzilli raketlərlə zərbə endirib. Öz növbəsində, Rusiya lideri Vladimir Putin ölkənin yeni nüvə doktrinasını təsdiqləyib. Doktrinaya əsasən, qeyri-nüvə dövləti (Ukrayna) nüvə dövlətinin köməyi (ABŞ) ilə Rusiyaya hücum keçərsə, nüvə silahını cavab alacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   müharibə   nüvə-silahı  





Xəbər lenti