Putin:`Təyyarəni Ukrayna vurub `

Putin:`Təyyarəni Ukrayna vurub `
  18 İyul 2014    Oxunub:1469
Rusiya prezidenti Vladimir Putin malayziya şirkətinə məxsus “Boinq-777” təyyarəsinin qəzaya uğramısına görə, Ukraynanın məsuliyyət daşıdığını bildirib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti faciənin baş vermə səbəblərinin araşdırılmasını tələb edib.

“Təbii ki, bu dəhşətli faciə hansı ölkənin ərazisində baş veribsə, o da məsuliyyət daşıyır. Əgər Ukraynanın cənub-şərqində hərbi əməliyyatlar olmasaydı, onda bu faciə də baş verməzdi” –deyə, Putin bildirib.

Prezidenti o cümlədən Rusiya hökumətinə faciənin səbələrinin müəyyənləşdirilməsi üçün tapşırıqlar verib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti