İsrail ordusu Qəzzaya girdi: 8 ölü

İsrail ordusu Qəzzaya girdi: 8 ölü
  18 İyul 2014    Oxunub:1000
İsrail ordusunun Qəzza zolağında keçirdiyi yerüstü əməliyyatlar nəticəsində 8 fələstinli öldürülüb.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, ölənlər arasında üç aylıq körpə də var. Uşaq tankın atdığı atəş nəticəsində ölüb: Mərmi onun ailəsinin yaşadığı bədəvi çadırına düşüb.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Ötən gündən isə yerüstü əməliyyatlar başlayıb. Ümumilikdə hərbi əməliyyatlar başlayandan 247 fələstinli öldürülüb, xeyli insan isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti