Bayden Ukraynanın 4,7 milyard dollar borcunu sildi

Bayden Ukraynanın 4,7 milyard dollar borcunu sildi
  21 Noyabr 2024    Oxunub:455
ABŞ prezidenti Cozef Bayden administrasiyası Ukraynanın 4,7 milyard ABŞ dolları məbləğində kredit borcunu silmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller açıqlama verib.

2024-cü ilin aprelində Konqres tərəfindən qəbul edilmiş maliyyələşmə qanununa əsasən, Ukrayna hökumətinə iqtisadi və büdcə dəstəyi üçün ümumi dəyəri 9,4 milyard ABŞ dolları olan kreditlərin yarısının silinməsi nəzərdə tutulurdu.

Bu imkan prezident Baydenə 15 noyabrdan etibarən verilib. Bu qərar çərçivəsində Ukrayna hökumətinin üzərindəki 4,7 milyard dollar kredit yükü aradan qaldırılıb.

Ümumilikdə, həmin qanun Ukraynaya Rusiyanın 2022-ci ilin fevralında başlayan hərbi təcavüzünə qarşı mübarizəsində dəstək məqsədilə 61 milyard ABŞ dolları yardım ayırıb. Bu yardım hərbi, iqtisadi və büdcə sahələrini əhatə edir.

AzVision.az




Teqlər:





Xəbər lenti