ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb

"FTB agentləri Nyu-York Birjasını bombalamaq planı ilə bağlı Florida ştatından olan şəxsi saxlayıblar", -deyə məlumatda deyilir.
Mənbə məhkəmə sənədlərinə istinad edir. Onlar göstərirlər ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstərişlərə əməl edib.
İlkin məlumata görə, o, birjanı partlatmaq istəyib. O, özünü “Əl-Qaidə”nin keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini də bildirib.
AzVision.az
Teqlər: