Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə etdi

   Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə etdi
  21 Noyabr 2024    Oxunub:587
bu gün xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəəliyyətində davamlı uğurlar arzulayıb.

Telefon danışığı zamanı nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığında, həmçinin, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti