"Asiya NATO-su" yaradılır: Yaponiya müzakirələrə başladı

   "Asiya NATO-su" yaradılır:    Yaponiya müzakirələrə başladı
  22 Noyabr 2024    Oxunub:919
Yaponiyanın yeni baş naziri Siqeru İşibanın sədrlik etdiyi hakim Liberal Demokrat Partiyası gələn həftə “Asiya NATO-su”nun yaradılması perspektivlərini müzakirə etməyə başlayacaq.
"Asiya NATO-su" İşibanın tərəfdarı olduğu ideya kimi tanınır. Bu barədə Kyodo agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, müvafiq mövzunun müzakirəsi üçün partiya daxilində yeni struktur yaradılacaq.
İşiba seçki kampaniyası zamanı Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini, regionda “Asiya NATO”su və kollektiv təhlükəsizlik sisteminin yaradılması ideyalarını müdafiə edirdi. O, Hudson İnstitutu üçün yazdığı məqalədə Asiya regionunda Amerika nüvə silahlarının yerləşdirilməsini də təklif edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti