"Fələstin İslami Cihadı"nın komandiri öldürülüb

"Fələstin İslami Cihadı"nın komandiri öldürülüb
  22 Noyabr 2024    Oxunub:717
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Deyr-Əl-Bələh şəhərinə aviazərbəsi nəticəsində "Fələstin İslami Cihadı" terror təşkilatının ali hərbi komandiri Xalid Əbu Dəqqa zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun və ölkənin daxili kəşfiyyat xidməti "Şin-Bet"in mətbuat xidmətləri birgə bəyanat yayıb. Vurğulanır ki, öldürülən terrorçu sözügedən təşkilatın raket bölməsinin rəhbəri idi.

Onun ötən il oktyabrın 7-də Qəzzada müharibə başlayandan bəri İsrailə mütəmadi raket hücumlarının təşkilində fəal rol oynadığı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   müharibə   terrorçular  





Xəbər lenti