Erməni mayordan Azərbaycan etirafı

Erməni mayordan Azərbaycan etirafı
  18 İyul 2014    Oxunub:945
Qarabağ danışıqları Azərbaycanın xeyrinə olan sıfır variantda həllə doğru aparır.
Bu barədə ABŞ-ın Massaçusets Universitetinin professoru, ABŞ ordusunun ehtiyatda olan mayoru Maykl Mensoyan ABŞ mətbuatında yeni dərc edilmiş məqaləsində bildirir.

Müəllif daha sonra davam edir ki, danışıqların parametrlərini müəyyən edən Madrid prinsipləri ilk başdan Ermənistanın əleyhinə yönəlib və Dağlıq Qarabağın müstəqillik elan etməsinə imkan vermir. “Danışıqlara nəzarət edən Minsk qrupunun tərkibindəki təmsilçilərinin vasitəsi ilə ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənən bu prinsiplər Azərbaycanın iradlarına yüksək önəm verərək vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub”.

Məqalə müəllifi münaqişənin sülh yolu ilə həllinin Azərbaycanın xeyrinə olacağını bildirir: “1991-ci il sərhədlərinə qaytaran bu həll Azərbaycanın xeyrinədir, onun ərazi bütövlüyünün bərpa edilməsi üzrə tələblərini dəstəkləyir. Bizim silahlı qüvvələrimiz Dağlıq Qarabağdan çıxan kimi, onlar qeyri-effektiv beynəlxalq sülh qüvvələri ilə əvəz ediləcək. Həmin an İlham Əliyev qələbəsini elan edib işğal edilmiş əraziləri öz nəzarətinə qaytardığını bəyan edə bilər.Təəssüf ki, bizi sıfır variantı həlli gözləyir: Azərbaycan öz ərazisini bərpa edir, Qarabağ erməniləri müstəqillikdən əl üzürlər”.

Onun fikrincə, Madrid prinsipləri çərçivəsində nəzərdə tutulan səsvermə heç zaman Dağlıq Qarabağın müstəqil olmasına imkan verməyəcək: “Səsvermənin mexanizmi keçirilənə kimi azərbaycanlı köçkünlər hökumətin maliyyələşdirdiyi proqramlarla regiona qaytarılacaq, referundum keçirilənə kimi ermənilər küncə sıxışdırılacaq. Təəssüf ki, Ermənistanın siyasi və iqtisadi hakimiyyəti buna təsir etmək üçün çox məhduddur”. (Anspress)


Teqlər:





Xəbər lenti