Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək

Hələ ötən ilin yayından etibarən HSBC bankın Honq-Konq filialından Asiya ilə əməliyyatlarda istifadə edən Rusiya şirkətləri üçün ödənişlərə xidmət göstərməyi dayandırıb. Məhdudiyyətlər Amerika rəsmilərinin Honq-Konqa səfərindən və sanksiyaya məruz qalan malların tədarükünün Rusiyada qalmasını tələb etməsindən sonra tətbiq olunub.
HSBC yeni ödəniş qadağası üçün heç bir səbəb göstərməsə də, bu qərar ABŞ-nin Rusiyaya qarşı maliyyə sanksiyalarını sərtləşdirməsindən bir gün sonra, 50 Rusiya bankını, o cümlədən dövlətə məxsus Qazprombankı “qara siyahı”ya salmasından sonra verilib.
Sahil İsgəndərov
AzVision.az