Zelenski tanınmış futbolçunu dövlət mükafatından məhrum etdi

Zelenski tanınmış futbolçunu dövlət mükafatından məhrum etdi
  23 Noyabr 2024    Oxunub:1543
Ukrayna Prezidenti Volodimir Zelenski dövlətə xəyanətdə və ya təcavüzkar dövlətin mənafeyinə xidmət edən şəxslərin dövlət mükafatlarından məhrum edilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edən Fərman imzalayıb.
AzVision.az xəbər verir, bu barədə Ukrayna Prezidenti Aparatının mətbuat xidməti məlumat yayıb.

Siyahıya keçmiş məmurlar, xalq deputatları, Ukrayna Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğunun rəhbərləri, incəsənət xadimləri, habelə Rusiyanın siyasi, din və mədəniyyət xadimləri daxil olmaqla 34 nəfər daxil edilib. Onların hamısı Ukraynanın dövlət mükafatlarından həmişəlik məhrum ediliblər.

Siyahıda Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşukun da adı var. Timoşuk hazırda Sankt-Peterburqun “Zenit” klubunda məşqçi işləyir.

Xatırladaq ki, 2022-ci il martın 11-də Ukrayna Futbol Assosiasiyası ukraynalı mütəxəssis Timoşuku məşqçilik lisenziyasından, eləcə də futbolçu kimi ölkə səviyyəsində qazandığı bütün titullardan məhrum edib. Buna səbəb Rusiya və Ukrayna arasında yaranmış gərgin vəziyyət, həmçinin onun Sankt-Peterburq klubunda işləməyə davam etmək qərarı olub.

Bundan sonra Timoşuk İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayət verib. CAS məşqçinin xeyrinə qərar verib.

AzVision.az



Teqlər:





Xəbər lenti