The Hill: "Amerikalı konqresmenlər tələsirlər"

      The Hill:    "Amerikalı konqresmenlər tələsirlər"
  23 Noyabr 2024    Oxunub:738
ABŞ Konqresi Donald Trampın Ağ Evə qayıtması ərəfəsində Ukraynaya yardım haqqında qanuna yeni prezidentin onu ləğv edə bilməməsi üçün düzəlişlər üzərində işləyir.
AzVision.az xəbər verir ki, Amerikanın “The Hill” nəşri belə məlumat yayıb.

“Hər iki partiyanın ukraynapərəst millət vəkilləri ABŞ-nin Kiyevə dəstəyi ilə bağlı əsas müddəaları yanvar ayına kimi qanuni qüvvəyə mindirməyə çalışırlar. Bu, Tramp administrasiyası və Respublikaçılar Partiyasının Konqresə tam nəzarəti səbəbindən risk altına düşən yardımı qorumaq cəhdidir”, - qəzetdə dərc edilən materialda vurğulanır.

Nəşr bildirir ki, qanun qəbul edilsə, Tramp daim Ukrayna üçün hərbi və iqtisadi yardım istəməyə məcbur olacaq. Konqresin aşağı palatasının nümayəndəsinin qəzetə verdiyi məlumata görə, bir sıra qanunvericilər qanun layihəsinin müddəalarını Milli Müdafiə Aktına düzəlişlərə çevirmək üzərində işləyirlər. Hazırda ABŞ qanunvericiləri arasında bu düzəlişlərin hansı formada təqdim ediləcəyi ilə bağlı konsensus yoxdur, lakin Trampın vəzifəyə başlamasına qədər Konqresin üç iş həftəsi qalıb.

Trampın komandası Ukrayna ilə bağlı təkliflərini verib
Qeyd edək ki, Ağ Evin Ukrayna münaqişəsinə yanaşmasını dəfələrlə tənqid Donald Tramp dəfələrlə Zelenskini hər səfəri Vaşinqtonun çoxmilyardlı yardımı ilə başa çatan alverçi adlandırıb. O, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə cəmi 24 saat ərzində nail ola biləcəyini iddia edib. Kreml, öz növbəsində, bunun belə sadə həll üçün çox mürəkkəb problem olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Konqres   Ukrayna   Tramp  





Xəbər lenti