Səudiyyə Ərəbistanı üç nəfəri HƏMAS üçün pul toplamaqda ittiham edərək edam edib

   Səudiyyə Ərəbistanı üç nəfəri HƏMAS üçün pul toplamaqda ittiham edərək edam edib
  23 Noyabr 2024    Oxunub:248
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi, Yəmənin cənubundakı Əs-Siyar şəhərində biri Səudiyyə vətəndaşı, digər ikisi isə Yəmən vətəndaşı olmaqla üç nəfəri edam edib.
AzVision.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Əli bin Saleh, Saleh Murai və Mutab Ömərə qarşı bu edamlar “terrorçulara dəstək” fonunda həyata keçirilib. Onlar terror təşkilatlarını dəstəkləmək üçün pul toplamaqla məşğul idilər.

Səudiyyə Ərəbistanı, HƏMAS da daxil olmaqla sionist rejimə qarşı müqavimət hərəkatlarını terror hərəkatı hesab edir və Səudiyyədə yaşayan onlarla dinc sakini Həmas və digər terror təşkilatlarına üzv olmaq ittihamı ilə həbs edib.

AzVision.az



Teqlər:





Xəbər lenti