Rusiya Amerikaya yeni səfir təyin etdi

AzVision.az bu barədə “Kommersant”a istinadən məlumat verir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtona yeni səfirin artıq seçildiyini və onun təsdiqi üçün tələb olunan prosedurlara başlanıldığını bildirmişdi.
2017-ci ildən Rusiyanın ABŞ-dakı səfiri vaxtilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini və müdafiə nazirinin müavini vəzifələrində çalışmış Anatoli Antonov idi. Antonovun Vaşinqtondakı diplomatik missiyası bu ilin oktyabrın 5-də başa çatıb. Oktyabrın 6-da Rusiya prezidenti Vladimir Putinin onun səfir vəzifəsindən azad edilməsi haqqında fərmanı dərc edilib.
Qeyd edək ki, Darçiyev Rusiya diplomatik xidmətində karyerasına 1992-ci ildə başlayıb. O, Rusiyanın Vaşinqtondakı səfirliyində müşavir, Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktor müavini, ABŞ-da nazir-müşaviri vəzifələrində işləyib. 2014-cü ildə Rusiyanın Kanadadakı səfiri təyin edilib və 7 il bu vəzifədə qalıb.
Səbinə Həsənova
AzVision.az
Teqlər: