Ukraynalı nazir COP29-un yekunlarından danışdı

Ukraynalı nazir COP29-un yekunlarından danışdı
  25 Noyabr 2024    Oxunub:723
Bakıda baş tutmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün dünya ölkələri, xüsusən də Ukrayna üçün dolğun və kifayət qədər mürəkkəb oldu.
Bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svitlana Qrinçuk feysbukda yazıb.

“Paris sazişinin 6-cı maddəsi – bazar mexanizmləri ilə bağlı qərarlar paketi qəbul edilib. Kənd təsərrüfatı üzrə iş proqramı davam etdirilib və yeni layihələrin təqdim edilməsi üçün portal yaradılıb. Qlobal uyğunlaşma məqsədi üzərində işləmək üçün addımlar atılır”, – nazir qeyd edib.

O, Ukraynanın “iqlim planlarını və layihələrini gerçəkləşdirmək üçün vəsait alacağını” açıqlayıb: “Biz 6-cı maddə çərçivəsində əlavə investisiya cəlb edə, həmçinin yaşıl enerji, yaşıl bərpa və iqlim dəyişikliyinə adaptasiya üçün beynəlxalq maliyyə qurumlarından maliyyələşməyə qoşula bilərik”.

“Bakıdakı işin mühüm elementi Ukrayna pavilyonu oldu. O, müharibə və dağıntılara baxmayaraq, “yaşıl” bərpa üçün beynəlxalq tərəfdaşları cəlb etmək missiyasını yerinə yetirdi. Bu, COP29-dan sonra da dünyanın Ukrayna ətrafında birləşməsinin rəmzi olacaq”, – Qrinçuk vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti