Ukrayna problemi Trampla Baydeni birləşdirəcək

   Ukrayna problemi Trampla Baydeni birləşdirəcək
  25 Noyabr 2024    Oxunub:858
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı vəziyyəti həll etmək üçün artıq bu il hazırkı Amerika administrasiyası ilə işləyəcək.
AzVision.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Florida ştatından olan respublikaçı üzvü, Trampın gələcək Milli Təhlükəsizlik müşaviri Mayk Uolts “Fox News” telekanalına müsahibəsində belə deyib.

“İstər razılaşma, istərsə də atəşkəs yolu ilə bu münaqişəyə son qoymağın zəruriliyini Tramp açıq şəkildə bildirib. Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi, eləcə də sövdələşmənin parametrləri ilə bağlı müzakirələr aparılmalıdır. Yanvardan əvvəl və ondan sonra da bu administrasiya ilə üzərində işləyəcəyimiz məsələ məhz budur”, - Uolts bildirib.

Donald Trampın gələcək müşaviri bildirib ki, artıq ABŞ-nin indiki Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşdüyünü və ABŞ-nin düşmənlərinin keçid dövründən faydalana bilməyəcəklərini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Bayden   Ukrayna  





Xəbər lenti