"Bu çox ağır nəticə yaradar. Baş nazir Netanyahu komandirlərə qulaq asmalı, "Hizbullah"ın dalana sıxışdırıldığı bir vaxtda dayanmağa razılıq verməməlidir. Müqavilənin ləğvi üçün hələ gec deyil. Mütləq qələbəyə çatmalıyıq", - nazir bildirib.
Bu cür müxalif fikirləri ilə tez-tez gündəmə gələn İtamar Ben-Qvir diqqətə çatdırır ki, həm Qəzza zolağında, həm də Livanda hərbi əməliyyatların hətta müvəqqəti dayandırılması məqsədilə aparılan istənilən danışıqların qəti əleyhinədir.
Azulay: "Livanda atəşkəs yolverilməzdir" |
Digər tərəfdən, İsrail-"Hizbullah" danışıqlarının əsas vasitəçisi, ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteyn ilə "Hizbullah"ın sözçüsü rolunu oynayan Livanın parlament sədri Nəbih Bərri ötən günlərdə Vaşinqtonun atəşkəs təklifi üzrə ortaq məxrəcə gəliblər. Məlumata görə, atəşkəsin yekun razılaşdırılması tezliklə baş tuta bilər.
Firudin Həmidli
AzVision.az